25 Aprel 2016 18:01
959
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son vaxtlar mənzilinizi satmaq və verginin nə qədər təşkil edəcəyini bilmək istəyənlər çətinlik çəkirlər.

Teleqraf.com-un məlumatına görə, problemi aradan qaldırmaq üçün Vergilər Nazirliyinin rəsmi internet saytında vergiləri hesablayan xüsusi kalkulyator yerləşdirilib. Mənzilin sahəsini və hansı ərazidə yerləşdiyini yazmaqla, vergi məbləğini öyrənmək mümkündür.

Kalkulyatora Bakı şəhərinin zonalar üzrə xəritəsi də əlavə edilib ki, hər bir şəxs əmlakının yerləşdiyi ünvanın hansı zonaya aid olduğunu müəyyənləşdirə bilər.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər