28 Aprel 2016 20:30
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatı (OECD) ilə Avropa Birliyi Əqli Mülkiyyət Ofisi (EUIPO) “Saxta və pirat məhsul ticarəti və iqtisadiyyata təsiri” adlı hesabat təqdim edib.

2011-2013 illəri əhatə edən hesabata görə, siyahıda dünyanın ən böyük saxta məhsul istehsalçısı kimi Türkiyə Çindən sonra ikinci yerdə qərarlaşıb. Saxta məhsul istehsalına görə 63,2 faizlə ilk yerdə Çindirsə, Türkiyənin bu sektorda nisbəti yüzdə 3,3-dür.

Siyahıda Sinqapur (1,9), Tayland (1,6), Hindistan (1,2), Mərakeş (0,6), Birləşmiş Ərəb Əmirlikləri (0,5), Pakistan (0,4) və Misir (0,4) də yer alıb.

Hesabatda saxta istehsalın ölkələrin ümumi ixracatındakı payı da qeyd olunub. Belə ki, Çin ixracatının yüzdə 99-u, Türkiyə ixracatının yüzdə 98-i saxta məhsullardan ibarət olduğu bildirilir.
Ümumiyyətlə, dünyada idxal edilən saxta məhsulların dəyərinin 2013-ci ildə 461 milyard dollar səviyyəsində reallaşdığı açıqlanıb. 17,9 trilyon dollarlıq ümumi dünya ticarətinin yüzdə 2,5-ni saxta idxal məhsulları təşkil edir.

Ən çox saxtası hazırlanan isə ABŞ, Fransa və İtaliya markalarıdır. Bunlar əsasən ayaqqabı, geyim, saat və dəri məhsullarıdır. Hesabatda ayrıca e-ticarət kanalları ilə birlikdə ağıllı telefon və tablet başda olmaq üzrə saxta elektron məhsulların ticarətinin də gedərək artdığına diqqət çəkilir.

Türkiyədə saxta və qaçaq məhsul bazarının orta həcminin 17,2 milyard dollara çatdığından bunun ölkə iqtisadiyyatı üçün böyük vergi itkisi olduğu da bildirilib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyir ki, Azərbaycan saxta məhsulardan əziyyət çəkən ölkələr siyahısındadır: “Xüsusən Türkiyədən idxal olunan saxta məhsullardan Azərbaycan daha çox ziyan çəkir. Ölkəyə geyimdən tutumuş, qida sənayesinə qədər bir çox sahələri əhatə edən məhsulların saxta versiyası daha çox Türkiyədən gətilrilir. Bu da yerli sahibkarların daha artıq pul qazanmaq istəyindən irəli gəlir.
Deməli, bizim biznesmenler Türkiyənin istehsalçı şirkətlərinə ancaq malın etiketini göstərir və tanınan firmaların keyfiyyətsiz məhsullarını ucuz qiymətə almaqla saxta sertifikatla ölkəyə gətirirlər”.

Ekspert deyir ki, qida məhsulları və dərman preparatları sahəsində saxtakarlığın çox olması Azərbaycan kimi idxalçı ölkələr üçün daha çox zərərlidir: “Siyahıda adı olan Tayland, Hindistan kimi ölkələrdən dünyanın əksər ölkələrinə dərman ixrac olunur. Bundan əlavə, ən təhlükəlisi ərzaq məhsullarının saxtasının, standartlara uyğun olmayanının ölkəmizə gətiriliməsidir”.

Eyyub Hüseynovun sözlərinə görə, ölkədə qida təhlükəsizliyi ilə bağlı qanun mövcud olmadığından, belə hallara qarşı mübarizə aparmaq çətindir.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər