Svop əməliyyatları nəzərə alınmadan Azərbaycan Mərkəzi Bankı fəaliyyəti dövründə bank sektoruna təxminən 1 milyard manat həcmində kredit verib.
APA xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
Onun sözlərinə görə, bu kreditlərin əhəmiyyətli hissəsi dövlət zəmanəti ilə verilib:
"Bu kreditlər əsasən sosial əhəmiyyətli layihələr üçün verilən kreditlərdir"