28 İyul 2016 16:43
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Səməd Səmədov və müğənni Niyam Salami Brilliant Dadaşovanın sirrini açıb.

Axşam.az-ın məlumatına görə, N.Salami “Hər şey daxil" verilişində aparıcılar Sevil və Sevincin “Müğənnilər var ki, efirdə deyirlər, toyda bayağı mahnı oxumarıq, ayıbdır, mənə yaraşmır” sözlərinə belə cavab verib:

“Sübut deyim, Brilliant Dadaşova… Amma toyda belə mahnı oxuyur. Bir nəfərin toy diskinə baxırdım. Brilliant xanım “Nənəm-nənəm” oxuyurdu. Əgər xalq bunu istəyirsə, niyə bəyənmirsən?”.

S.Səmədov ifaçının sözlərini təsdiqləyərək, B.Dadaşova ilə bağlı daha bir hadisə danışıb:

“Brilliant Dadaşovaya hörmətim böyükdür. Amma neçə il bundan əvvəl ondan toyda xahiş ediblər ki, “Səhər saat 7-də” mahnısını oxu, oxuyub da. Bizdən toy yiyəsi nə istəsə, onu oxumalıyıq”.


Müəllif: