Əməkdar artist Röya Ayxan müğənni-bəstəkar Ramal İsrafilovun ünvanına sərt sözlər deyib.
Axşam.az-ın məlumatına görə, müğənni “Hər şey daxil” verilişində Ramalın yazdığı “Yandım” mahnısını oxuyaraq bunları deyib.
Röya bildirib ki, onun yeni bəstələrini bəyənmir: “Onlar yazdılar, mən oxudum, indi yekəliblər. Allah hamısının xeyrini versin, mən hamıya yol açan qız oldum. Mahnını birinci 500-ə aldım, ikinci 2 minə, sonra 5 min oldu. Mən başladım qiymətlərini qaldırmağa.
İndi çabalayırlar, ağzına gələni yazır heç nə olmur. Dedim, 4 il sonra oxuyum, yazıqdır, bəlkə sifarişi gəldi.
Dostlarıma qazandırmağı sevirəm. Amma tərbiyəsizlik, qudurğanlıq görəndə, mənə təsir edir".