Malayziya polisi klipində İslam dinini aşağılayan müğənni Neymvini nəzarət altına alıb.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkənin məşhur müğənnisi sayılan Neymvi “Oh my God” (“Aman Allahım”) adlı klipində Malayziyadakı bir məscid, bir kilsə və buddist məbədinin içində dinləri və mədəniyyətləri özündə əks etdirən paltarlar geyinən bir neçə nəfərlə rəqs edir. İfa etdiyi mahnıda isə “Allah” sözü keçir və azan səsi eşidilir.
İslamı və müqəddəs dəyərləri təhqir etmək iddiası ilə 33 yaşlı müğənni hava limanında saxlanılıb. Polis klipin İslama qarşı olduğuna dair şikayətlər olduğunu açıqlayıb.
Əsl adı Vi Menq Çi olan müğənni təhqir dolu mahnılarıyla tanınır və klipinin dini uyğunlaşmanı təbliğ etdiyini söyləyir.
Sevinc