“Forbes” jurnalı ən çox qazanan aktrisalarının siyahısını təqdim edib. Teleqraf.com xəbər verir ki, siyahıya bu dəfə də Cennifer Lourens başçılıq edib.
“Aclıq oyunları”nın ulduzu il ərzində 46 milyon dollar qazanıb.
İkinci yerdə 33 milyon dollarla “Casus” filminin qəhrəmanı Melissa Makkarti, üçüncü isə Skarlett Yohansson (25 milyon dollar) olub.
İlk beşliyi Ceniffer Eniston (21 milyon dollar) və çinli Binbin Fan (17 milyon dollar) bağlayıb.
.