Türkiyəli şoumen Beyazit Öztürk oktyabrda Bakının qonağı olacaq.
Axşam.az-ın məlumatına görə, o, oktyabrın 7-də və 8-də Heydər Əliyev Sarayında “Beyaz live” adlı konsert proqramı ilə çıxış edəcək.
Təşkilatçılığını Nahid Emiloğlunun etdiyi gecəyə biletlərin qiyməti 30 manatdan 230 manata kimidir.
Beyazın Avropa turnesi çərçivəsində baş tutacaq konsertində İrem Derici, Ayla Çelik və Hakan Altun səhnəyə çıxacaq.