Türkiyədə yaşayan müğənni İradə İbrahimova bu gün oğlu Əlinin ad gününü qeyd edir.
Teleqraf.com xəbər verir ki, bir yaşlı Əlini İradə İbrahimova sosial şəbəkədə belə təbrik edib: "Həyatımın ən gözəl və özəl gününü yaşadım. Rəbbim qucağıma bir körpəni, ürəyimə bir ömrü, həyatı əmanət etdi. Mən 30 yaşımı və qarşısında 3 olan hər yaşımı sevirəm, mənə gözəl ailə, bir qız, bir oğlan payı bəxş etdiyi üçün... Ana olmaq mənə yenidən məni tanıtdı. Sizlərə tanıtdı... Bəzilərinə nifrət etdirdi, bəzilərinə sevdirdi. Qısası, mən ana olmağı çox sevdim. Rəbbim arzusunda olan hər kəsə yaşatsın".
İradə İbrahimova türk vətəndaşı Ceyhun İzərlə ailəlidir. Cütlüyün İpək və Əli adlı iki övladı var.
Rəqsanə