Azərbaycanlı model Günay Musayeva sünnət olunacağı ilə bağlı mətbuatda yayılan xəbərlərə aydınlıq gətirib.
Teleqraf.com xəbər verir ki, hazırda Beyrutda olan model sosial şəbəkədə mətbuatın yazdığı kimi özünün deyil, oğlunun sünnət olunacağını açıqlayıb: “Əziz dostlar! Mən mətbuatda sünnətlə bağlı çıxan xəbərlərə aydınlıq gətirmək istəyirəm. Baxmayaraq ki, mən də öncələri xəbərləri oxuyub gülürdüm, amma indi sözümün ciddi qəbul olunmasından narahatam. Hazırda Beyrutdayam. Bura gəlməyimin səbəbi mezoterapiya prosedurlarını həyata keçirməkdir. Belə ki, bunun sayəsində orqanizmə müxtəlif bioloji maddələr yeridilir.
P.S O ki, qaldı sünnət məsələsinə, yaxın günlərdə oğlumu sünnət etdirəcəm”.
Pərvin