“Qadın ikinci dəfə ailə qurmaz”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Ondan sonra” verilişində əməkdar artist Firuzə İbadova deyib: “Qız övladı olan xanımın ailə qurmasına yaxşı baxmıram. Ögey ata heç vaxt övladına ata olmaz. Hülyanın həyat yoldaşımın ilk nikahından bacı-qardaşları var”.
Verilişdə qonaq olan Firuzə İbadovanın qızı Hülya atasının digər övladları ilə əlaqəsinin olmadığını vurğulayıb: “Onlarla münasibətimiz yoxdur, amma çox istəyirəm. Atamın uşaqlarından biri mənə dedi ki, biz münasibət saxlaya bilmərik. Dedim axı mənim günahım yoxdur. Xalamın övladları mənim bacı-qardaşlarımdır”.
Hülya atasının məzarını hər il ziyarət etdiyini deyib: “Hər il atamın məzarını ziyarət edirəm. Bu övladlıq borumdur. Əslində, hər üç övlad atasız böyümüşük. Özümü atasız hiss etmirəm. Anam mənim üçün hər şey edib”.
Rəqsanə