“Məmmədin vəziyyəti kritikdir. Heç bir irəliləyiş yoxdur. Sağ tərəfi işləmir, danışa bilmir, tərpənə bilmir. Bicə ona sevinirəm ki, insanları tanıyır. Onda başı və üz cizgiləriylə reaksiyasını bildirir. Gözündən yaş gəlir”.
Bu sözləri Teleqraf.com- a xalq artisti Eldəniz Zeynalovun qızı Gülbəniz Zeylanova qardaşı Məmməd Zeynalovun son durumuyla bağlı danışarkən deyib.
Onun sözlərinə görə, Məmməd Zeynalov 21 gün reanimasiyada qalmalıdır: “Qardaşımın böyrəyində uşaqlıqdan problem vardı, xronikiydi. Sonra əsgərliyə də elə böyrəyinə görə aparmadılar. Həmişə sağlamıydı, ayaqdaydı. Son bir ildə yaman arıqlamağa başladı. Onda həkimə getdik, böyrəklərini yoxladılar və dedilər ki, vəziyyəti yaxşı deyil, belə getsə dializə ehtiyac olacaq. Çünki qanda kreotinin miqdarı artmışdı. Biz müalicələrlə kreoitinin miqdarını aşağı salmağa çalışırdıq.
Müalicə alsa da, Məmməd həmişə ayaq üstə olub. Amma çox yüksək təzyiqlə gəzirdi. Həkimlər buna məəttəl qalırdılar. İnsult da çəkilişə gedərkən baş verib. Həmin gün evdən çıxanda təzyiqi 240-a qalxıb”.
Qardaşım həmişə sakit, fağır insan olub. Üzü də hər zaman gülərdi. Narahatlığı ümumiydi və hətta sənətdən getməyi də düşünürdü”.
Nərmin