“Hər kəs ağzına, əlinə sahib olsun. Dünəndən bu günə ən azından 200 insanı bloka atmışam. Artıq blok etmə limitim də dolub!”
Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə Pərvin Abıyeva yazıb. O, geyimini tənqid edənlərə od püskürüb: “Necə geyinirəm, nə edirəm, bunun heç kimə dəxli yoxdur. Hamı dindar və namuslu olub. Bəs o zaman dinsizlər, namussuzlar kimdir? İnsanın ürəyini bulandırmayın. Bu sözü birinci və axırıncı dəfə deyirəm, nə edirəmsə, yaxşı edirəm. Heç kim başımın ağası deyil. Hər kəs namus dərsini öz evindəkilərə keçsə yaxşı olar. Mənim 26 yaşım var, 12 yox!”
Rəqsanə