20 Oktyabr 2016 13:45
1 500
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultanla Elnarə Xəlilova arasında qalmaqal bitmir.

Elnarə Xəlilova "5/5" verilişində Səidə Sultanın “W-trio”ya gətirdiyini və ona oxumağı öyrətdiyini deyib.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan həmkarının haqqında səsləndirdiyi ittihamlara cavab verib: “Bezdim bu mənasız söz-söhbətdən! İnan ki, ay Elnarə, səninlə adımın hallanması üçün ürəyim getmir. Nəzərinizə çatdırım ki, danışan, adımı çəkən sənsən! Deyirsən o vaxt mənə oxumaq üçün sən təklif etmisən? Yəqin ki, bilirsən də, bizim rəhbərimiz Vaqif Gərayzadə olub. Mənə elə gəlir ki, o kişinin razılığı olmadan özbaşına hərəkət edə bilməzdin. Nəyin ki, sən, heç biriniz! Bizə də gələn yəqin Röyanın ruhu idi.

Gəlin məntiqlə düşünək, əgər mən qrupa gəlirəmsə, əlbəttə ki, “W-trio”nun repertuarını öyrənməli idim. O mahnıların sözlərini mənə vermisən deyə, əlimdən tutub, səhnəyə gətirmiş sayılırsan? Ya da mənə oxumaq öyrətmisən? Nəzərinizə çatdırım ki, solo karyerama tək başlamışam.

17 yaşımda Heydər Əliyev adına Sarayda mənə yazılmış “Gecə yarısı” adlı mahnımı oxuyurdum. Mən sizin üçün yerdən çıxma müğənni deyiləm ki, çıxıb, deyəsən Səidəni səhnəyə mən gətirmişəm. Nəinki sən, hətta başqası da artıq danışsa, başını yerindən üzərəm. Adımı çəkmə, çəkməyim! Artıq danışma, danışmayım! Hər kəs getsin öz işi ilə məşğul olsun! Bil kimə sataşırsan! Özünü də korifey hesab eləmə!”

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər