Xalq artisti Mələkxanım Əyyubovanı illərlə əziyyətlərini çəkdiyi Mirkamil Kamilov və Ramal İsrafilov ad günündə yalnız buraxıblar.
Teleqraf.com xəbər verir ki, onlar “10-dan sonra” verilişində ad gününü qeyd edən Mələkxanım Əyyubovanın gözünü yolda qoyublar: “Özümü onlara müəllim sayıram. Müəllimin zəhməti yerə vurulmaz. Ad günümdə burada olmalı idilər. Amma yoxdular. Hər bir evdə söz-söhbət olur. Söz var el içində, söz var ev içində. Sayanın quluyam, saymayanın ağasıyam. Zamanla düşünəndə görəcəklər ki, hansısa sözdə, hərəkətdə səhv ediblər. Mən onları həmişə diqqətdə saxlayıram və bu qarşılıqlı olmalıdır”.
Rəqsanə