15 Noyabr 2016 13:15
657
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İnsana xoşbəxt olması üçün nə lazım ola bilər? Gözəl ev, bahalı maşın, gözəl geyimlər, bahalı daş-qaş, yaxşı şərait, çoxlu pul - bunlar hamısı insanı xoşbəxt edən amillərdir. Amma əgər sən sağalmaz xəstəliyə tutulmusansa yuxarıda dediklərimin heç biri səni xoşbəxt edə bilməz”.

Teleqraf.com xəbər verir ki, bu sözləri sosial şəbəkədə müğənni Elnarə Xəlilova yazıb: “Allah qorusun, fərsiz bir övladın varsa, doğma hesab etdiyin bir insan sənə xəyanət edirsə, o zaman gözündə heç nəyin dəyəri qalmaz. Beləliklə, əsl xoşbəxtlik və xoşbəxt keçən anlar pulla alına bilməyənlərdir. Həqiqi xoşbəxtlik sevdiklərinin sənin yanında sağ-salamat olmasındadır. Mən həqiqətən xoşbəxtəm!”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər