18 Noyabr 2016 14:38
1 706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Samirə Mustafayevanın müğənnilər haqqında səsləndirdiyi fikirlər səs-küy yaradıb. O, simsar.az saytına müsahibəsində Elariz Məmmədoğlunu ilk dəfə müğənni kimi konsertə apardığını, Əlikram Bayramovun oxumağı ondan öyrəndiyini, Manaf Ağayev və Nadir Bayramlının saçlarına rəng qoyduğunu deyib.

Müğənni Əlikram Bayramov Teleqraf.com-a açıqlamasında meyxanaçının fikirlərinə münasibət bildirib: “Biz Samirə ilə bir yerdə işləmişik. Boş-boş danışır. Mənim müəllimlərim Mübariz Tağıyev, Ağaxan Abdullayev olub. Samirə kimdən öyrənib ki, mən də ondan öyrənim. Samirə xanıma demək istəyirəm ki, insan oxumağı birlikdə işlədiyi müğənnidən öyrənmir. Öyrənmək üçün yaxşı məktəb lazımdır”.

Nadir Bayramlı da Samirəni qınayıb: “Burada problem yoxdur. Bütün sənətçilər səhnəyə görə məcburən saçına rəng qoydurur. Saçımı çoxdan rənglədirəm. Manaf məndən sonra rəng qoymağa başlayıb. Bunu deməyə nə ehtiyac var idi?”.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər