Məşhur sənətçi Sezen Aksu “Küçüksu”da kirayə götürdüyü iki evin kirayə pulunu ödəyə bilmir.
Teleqraf.com Türkiyə KİV-ə istinadən xəbər verir ki, Sezen Aksu studiya kimi istifadə etdiyi və qonaqlarını qəbul etdiyi evin kirayə haqqını ödəməkdə çətinlik çəkib. Hər iki evin birlikdə aylıq kirayə haqqı 22 min lirə (təxminən 7 min manat)dir. Bu vəziyyət qarşısında çarəsiz qalan ev sahibi Sezen Aksuya xəbərdarlıq göndərib və evin kirayəsini ödəmədiyi üçün məhkəməyə müraciət edəcəyini deyib.
62 yaşlı sənətçinin Kanlıcada 50 milyonluq villası var.
Rəqsanə