6 Yanvar 2017 12:12
2 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Muğam Müsabiqəsinin laureatı, xanəndə Ayşən Mehdiyeva “Sənsən diləyim” adlı yeni mahnısını təqdim edib.

Teleqraf.com xəbər verir ki, sözləri Tağı Əhmədova (Tağı Sadiq), musiqisi Tahir Əkbərə məxsus mahnı xanəndənin 2017-ci ildə ilk mahnısıdır.

Ayşən Mehdiyeva deyib ki, “Sənsən diləyim” mahnısı səsini bəyənənlərə və dostlarına Yeni il ərəfəsi ərməğandır: “Qoy hər kəs diləyinə, istəyinə qovuşsun”.

Qeyd edək ki, bu, Ayşən Mehdiyevanın Tağı Sadiq-Tahir Əkbər işbirliyinə ikinci müraciətidir. Bundan öncə gənc ifaçı “Ana” mahnısını ifa etmişdi.

Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədov sözügedən ifanı bəyəndiyini söyləmişdi: “Öz məhsulu adamın xoşuna gəlir. Özünün əkdiyi ağac bar verəndə bağban, əlbəttə, sevinir. Şeir yeni deyildi, Tahir Əkbərin xoşuna gəlib, mahnı yazıb, Ayşən kimi gözəl xanəndəyə veribsə, buna ancaq şad olmaq olar”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər