Tanınmış stilist Anar Ağakişiyevin əməkdar artist Elza Seyidacahanı “Zövqsüzlük ikonası” adlandırması qarşı tərəfi özündən çıxarıb. Elza Seyidcahan stilistin əleyhinə bəzi ittihamlar səsləndirib.
Anar Ağakişiyev də səssiz qalmayıb. O, Teleqraf.com-a açıqlamasında Elza Seyidcahanın onun haqqında səsləndirdiyi fikirləri qəbul etmədiyini deyib: “Hər şey göz qabağındadır. Hazırda xaricdəyəm və bu mövzuya qayıdan deyiləm. Dördüncü hakimiyyət hesab edilən jurnalistləri studiyama dəvət edirəm; gəlin görün dost dediyim müğənnidən pul alırammı? Elza xanım çox gözəl bilir ki, hansı müğənni ilə dostluq edirəm, ondan pul almıram. Necə ki, özündən də illər boyu almamışam. Dostluq etdiyim müğənni ilə aramızda məbləğ söhbəti ola bilməz. Məni özüylə səhv salmasın. Pul müqabilində kimisə reklam edən deyiləm. Tanınmağa başladıqdan sonra Elza Seyidacahanla işləməyə başlamışam”.
Ötən günlərdə Günay İbrahimli və Röya Ayxanı zövqlü hesab edən Anar Elza Seyidcahanı zövqsüz adlandırmışdı. Elza Seyidcahan isə İstiPress-ə açıqlamasında stilist haqqında bu sözləri deyib: “Anar işlədiyi və pul aldığı müğənnilərin zövqlü olduğunu deyir. Bu, nə qədər düzgündür? Deməli, kim Anarla işləmirsə, hamısı zövqsüzdür? Ancaq Anar unutmasın ki, Elza Seyidcahan toxunulmazdır. Anarı heç kəs tanımayanda mən tanıtmışam. Anar mənimlə işləyəndən sonra popkorn kimi partlayış edənlər ona müraciət edib”.
Aylin