“Bozbash pictures” komandasının təqdim etdiyi “Stalinin başı” filminin qala gecəsinə qatılan əməkdar artist Röya Ayxan Teleqraf.com-a müsahibə verib.
Müsahibəni təqdim edirik:
- Röya xanım, Türkiyədən qala gecə üçün gəlmisiniz?
- Bəli, Türkiyədə klip çəkdiririk. “Bozbash pictures” komandasına deyirəm 15 manat ziyanınızdan başqa, beş manat xeyriniz yoxdur (gülür). Murad Dadaşovun “Bayram axşamı” filminin qal gecəsinə qatıla bilmədiyim üçün çox pis oldum. Oğlum Hüseyn iştirak etdi. Murad üçün ölür, onu çox sevir. Deyir mənim kirvəm ulduzdur. Hüseyn də televiziyada görünməyi çox sevir. Ona görə də rahat oldum ki, oğlum qalada iştirak etdi. “Bozbas pictures”in iki filminin təqdimatında iştirak etmədim. Bu dəfə o qədər and verdilər ki, nə dirim qaldı, nə ölüm. Mal kimi üzlərinə baxıb dedim qala gecəyə gələcəm (gülür).
- Yeni fimlərdən hansını izləmisiniz?
- Bir çoxunu. “Oğlan evi-1”i təyyarədə, bəlkə də, yüz dəfə izləmişəm. “Həddən artıq uyğunluq”, “Bayram axşamı” da çox xoşuma gəlir. Bir çoxuna anonsuna görə getmişdim. Baxandan sonra xoşuma gəlmədi.
- Murad bəy ikinci filmdə Hüseyni də çəkəcəyini deyib...
- Çəksin, Hüseyn onun oğludur.
- Hüseyni gələcəkdə aktyor kimi görmək istərdiniz?
- Xeyr, aktyor olmasını istəmirəm. Düzdür, yumor hisssi çoxdur. Amma ingilislərin içində olduğu üçün mənasız yumor hissi var, ağzına gələni danışır. Deyirəm bu, bizdən deyil (gülür).
- Hüseyn ingilis dili müəlliməsini çox sevdiyini deyib...
- İki yaşından ingilis dilinə qoymuşam. Dil bilməsi yaxşı haldır. Mən dil qavraya bilmədim. Amma çox şükür ki, Hüseyn savadda, yaxşılıq etməkdə atasına oxşayır. Amma hissiyyatı mənəm.
- Filmlərdən təklif alırsınız?
- Təklif var. Bir dəfə çəkilmişəm və yaxşı alınmadığına görə qorxuram. Yumor janrında çəkilən filmdə oynamaq istəyərəm.
- Azərbaycan səhnəsində hər şey etmişiniz. Bundan sonra sevənlərinizi nə ilə təəccübləndirə bilərsiniz?
- Xeyr, əslində, görəcəyim böyük işlər qarşıdadır.
- Transparan əlbəsə geyinmişdiniz. Bu, xeyli cəsarət tələb edirdi.
- Bəli, sinəm normaldır. Ona görə də konsert və kliplərimdə heç bir problem yaşamadan istədiyim paltarı geyinirəm. Evli olanda klip çəkdirirdim. O zaman açıq paltar geyinmişdim. Düşündüm deyəcəklər yenə soyundu. Klipə baxanda rəngdən anladım ki, açıqlığı elə göstərməlisən gözəllik versin.
- Brilliant Dadaşova ilə Türkiyədə görüşmüsünüz...
- Bəli, Brilliant xanımla Türkiyədə görüşdük. Yeməyə getmişdik. Bakıdan İstanbula uçanda Brilliant xanıma demişdim evinə gedəcəm. Tez-tez fikir dəyişdirən insanam. Sonra dedim məkanların birində görüşüb, yemək yeməyə gedək.
- Qarşıdan 8 Mart Qadınlar Bayramı gəlir. Özəl insandan hədiyyə gözləyirsinizmi?
- Həyatımda elə bir insan yoxdur. Ona görə də hələ heç nə deyə bilmərəm.
Rəqsanə