Aysel Əlizadənin mətbuat katibi Zəminə Rüstəmova Teleqraf.com-a açıqlamasında xəbəri təkzib edib:
“Aysel “Porşe” markalı avtomobilləri çox sevir. İki il öncə də “Porşe” sürürdü. Avtomobilin yeni modeli gəldiyinə görə, yeni “Porşe” alıb. Adı çəkilən şəxsə gəlincə, o, Ayselin dostudur. Aysel sənətçidir və cəmiyyətdə tanınan insandır. Onun bütün təbəqələrdən dostlarının olması normaldır. Bunu kimsə şəxsi münasibətə yozursa, hüquqi müstəvidə cəzalanıdırılacaq. Əgər sübut olmadan dostluğu şəxsi münasibətə çevirirlərsə, qanun qarşısında cavab verəcəklər. Yayılan xəbərlər şayiədir”.
Rəqsanə