1 İyun 2017 10:56
2 068
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Maşın şou-Qarşıdurma"nın növbəti canlı yayımında şoudan ayrılan üçüncü iştirakçı Üzeyir Mehdizadə olub.

Teleqraf.com xəbər verir ki, o, nə qutudan adı ən çox çıxmış şəxs, nə də kiminsə hədəfində olub. İştirakçılar arasında səsvermə isə İslam Mehrəliyevi hdəfə alıb.

İslam səs yığacağı təqdirdə teleaparıcı Azər Zahidi şoudan uzaqlaşdıracağını deyib.

Verilişin gedişində Üzeyir Mehdizadə maşından əlini çəkərək, getmək istədiyini bildirib:

"Mən bunu bir oyun bilib gəlmişdim, münaqişəyə çevriləcəyini bilmirdim. Bilsəydim, gəlməzdim. Bir maşına görə səsimi camaata yüksəldə bilmərəm".

Üzeyirin getdiyi təqdirdə İslam səs yığsa da, Azəri verilişdən uzaqlaşdırmamaq şansı olub. İslam səs yığıb, Azəri isə verilişdə saxlayıb.

İslamın bu jesti Azərə xoş gəlməyib: "İslam əmin ol, sabah mən bura çıxsam səni çıxaracam", - deyib.

Maşın uğrunda mübarizəni Oksana Rəsulova, Cavad Rəcəbov, Azər Zahid, Aqil M.Quliyev, Tarix (Tolik) Əliyev, Təranə Qumral, Nadir Qafarzadə, Sərxan Kərəmoğlu, Vüqar Vüqarlı, Pərvin Abıyeva, Elcan Rəsulov, Fərda Amin, Səidə Sultan, İslam Mehrəliyev, Kənan MM davam etdirir.

"Maşın şou" hər axşam canlı olaraq saat 22:00-da ATV də yayımlanır.


Müəllif: Nərmin