30 İyul 2017 22:21
1 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış sənət adamları Bülənt Ərsoy, Banu Alkan, Sofiya Soyman və Burcu Əsmərsoyun “Dünya gözəllərim” adlı proqramında baş verənlərə görə "Şou TV" kanalı bağlanmaq təhlükəsi ilə üzbəüz qalıb.

Teleqraf.com xəbər verir ki, Büləntin Banuya “Mənim yanımda markadan danışma. Çünki indiyə qədər bir dəfə marka geyinməmisən. Taxtaqaladan gəlmə parçalara bürünüb gəzirsən” deməsi böyük qalmaqala səbəb olub.

Dava ilə nəticələnən mübahisə canlı yayımlanıb. Bundan sonra Türkiyə Radio və Televiziya Ali Şuras araşdırma aparıb. Proqramın nalayiq dialoqlardan ibarət olduğunu açıqlayan RTAŞ telekanala 450 min türk lirası (215.000 AZN) məbləğində cərimə kəsib.


Müəllif: Könül

Oxşar xəbərlər