17 Avqust 2017 08:25
1 318
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Sözüm saytlaradır. Mənimlə bağlı lazımsız xəbərlər yazmağı yığışdırın! “Pərvin canlı efirə çıxdı, Pərvin belə dedi, Pərvin filan şey geyindi…” Vallah, axmaq-axmaq xəbərlərlə insanları bezdirirsiniz. Mən istəmirəm, yazmayın. Baxıram rəylərə camaat yazır ki, bezdik bunu görməkdən. Vallah, qınamıram camaatı. Mən özüm də bezirəm. Düzdür, çoxunuza hörmətim var. Amma uzaq olmaq istəyirəm. Şəkillərimin altındakı rəyləri başlıq edisiniz. Canlı yayımlarımı paylaşırsınız. Ayıbdır, vallah. Bezdirməyin milləti! Millətə maraqlı xəbərlər lazımdı, Pərvin nə yeyir, nə içir, nə geyinir, hara gedir yox!

Bu sözləri aktrisa və model Pərvin Abıyeva İnstaqram hesabında yazıb. O, rəy bölümündə tənqid və təhqirə yol verənləri qınayıb:

“Bir də sözüm rəylərdə açıq-aşkar iyrənc söyüş söyən xanımlaradır. Mənə pozğun, tərbiyəsiz, əxlaqsız deyirsiniz. Amma mən sizin söydüyünüz o söyüşləri heç normal həyatımda istifadə etmirəm. İndi əxlaqsız mənəm, ya sizin kimi tərbiyəli, ailəli, uşaqlı, ev tərbiyəsi görmüşlər? Bir az özünüzə hörmət edin.
Heç birinizin nə ərini əlinizdən almışam, nə çörəyini! Nə pisliyim dəyib, nə də tanışlığım yoxdur. Bəsdir! Mən də söyüş söyə bilirəm. Gəlin, qarşılıqlı söyək və sonra? Nə əldə edəcəyik? Bir düşünün bu yazdıqlarımı… Bəyənmirsiniz, səhifəmə girməyin!


Müəllif: Kəmalə

Oxşar xəbərlər