Yer üzündə Colini xoşbəxt edəcək kişi yoxdur.
Teleqraf.com xəbər verir ki, bu sözləri aktrisanın keçmiş həyat yoldaşı Bred Pitt deyib.
Hazırda məşhur amerikalı aktrisa Ancelina Coli adını gizli saxladığı bir iş adamı ilə sevgilidir. Coli artıq onunla evlənməyi planlaşdırır.
Bred Pitt Colinin münasibətinə hörmətlə yanaşsa da onların tezliklə ayrılacağını düşünür: “Coli heç vaxt ailədə xoşbəxt olmayacaq. Yer üzündə Ancelinanın qarşısına keçəcək kişi yoxdur. O, heç vaxt kompromisə getməyi bacarmır.Bütün gününü işinə və övladlarına sərf edir. Heç vaxt kişiyə vaxt ayıra bilmir" .
Aktrisa Bred Pittdən 2017-ci ilin əvvəlində boşanıb.