Bir neçə gündür Feysbukda azərbaycanlı tanınmışlara qarşı başlayan “bloklanma” sistemi müğənni Nura Suridən də yan keçməyib.
Teleqraf.com xəbər verir ki, ifaçının şəxsi Feysbuk hesabı bir neçə günlük bloklanıb.
Buna müğənninin Puşkinə aid olan “Sən oğrusan, sən qulsan, sən ermənisən!” sözlərini paylaşması səbəb olub.
Suri bu haqda özü məlumat verib. O bildirib ki, Feysbuk hesabı şikayət olunub:
“Puşkinin ermənilər haqda dediyi sözləri paylaşdığıma görə kimsə məni şikayət edib. Deməli, dostluğumda azərbaycanlı görünən ermənilər də var”.
Qeyd edək ki, son günlər bir çox sayt rəhbəri və vəzifəli şəxslərin hesabı Feysbuk tərəfindən bloklanır. (Publika.az)