Azərbaycanlı model Məhbubə Məmmədzadə dünyaca məşhur saytda bakirəliyini satışa çıxardığını elan edib.
Teleqraf.com minval.info-ya istinadən xəbər verir ki, model xəbəri təsdiqləyib:
"Bəli, elan vermişəm. Çünki evə ehtiyacım var. Mən əsasən xaricdə işləyirəm. Amma model kimi ev almağa gücüm çatmır. Bu səbəbdən belə qərar qəbul etdim. Mən bunun Azərbaycanda kiminsə bilməsini istəmirdim. Necə xəbər tutulub, bilmirəm. Şokdayam. Şəxsi evimin olmasını istəyirəm, niyə də olmasın?"
Model sonda əlavə edib ki, anası da hər şeyi bilir, məsələdən xəbəri var.
Qeyd edək ki, sonuncu dəfə "Dosso Dossi Fashin Show"da Peris Hiltonla eyni səhnəni bölüşən azərbaycanlı model Məhbubə Məmmədzadə bakirəliyini hərracda satışa çıxarması barədə elanı məşhur "Cinderella Escorts" saytına müraciət edib.
Saytda anket yerləşdirən modelin bakirəliyinin qiyməti 100 min avrodan başlayır.
Məhbubə paylaşdığı videoda bildirir ki, qazandığı pula anasına ev alacaq. O, görəcəyi işlər siyahısına Azərbaycanda kimsəsiz itlərə sığınacaq tikdirmək və xaricdə ən məşhur olan model agentliyində karyerasını davam etdirmək istəyini də əlavə edib.
Həmçinin, məlumatda qeyd edilir ki, modelin bakirəliyi həkim tərəfindən təsdiq olunub, lazımi tibb sənədləri alıcıya təqdim oluna bilər.
Bildirilir ki, bir gecəlik görüş Almaniyada baş tutacaq. Otelin seçimi müştərinin öhdəliyinə verilir.