Müğənni İzzət Bağırzadə yeni “Ümidlər puç olanda” adlı film çəkib.
Teleqraf.com-un məlumatına görə, ifaçı filmin rejissorluğunu özü edib.
Müğənninin özünün də rol aldığı filmdə tanınmış aktyorlar, aktrisalarla yanaşı gənclər də oynayır.
Film oktyabrın 11-dən etibarən paytaxtın kinoteatrlarında nümayiş olunacaq.