Müğənni Səidə Sultan ailə qurmamasının səbəbini açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, ifaçı “Bizimləsən” verilişində bildirib ki, xarakterini bəyəndiyi oğlan yoxdur: “Özümü tanıyan insanam. Nəyə qadir olduğumu, nəyi bacardığımı yaxşı bilirəm. Heç bir zaman ruhu zəif oğlanla ailə qura bilmərəm. Həyatımda o cür oğlan ola bilməz.
Yanımda güclü, sözünün kəsəri olan oğlan olmalıdır. Onu görəndə oğlan kimi hörmət eləməlidirlər. Yoxsa özümə seçdiyim insan, həyat yoldaşım ruhu zəif insan olsa, o kişini mən neyləyirəm? Ondansa anamın evində oturmuşam...”