26 Oktyabr 2018 20:15
8 083
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Mənzurə Musayeva keçmiş həyat yoldaşı barədə danışıb.

Teleqraf.com-un məlumatına görə, ifaçı “5/5” verilişində bildirib ki, ailə qurduğu üçün peşman olub:

“10-cu sinifdə oxuyanda Nəriman Nərimanov adına mədəniyyət evinin muğam dərnəyində rəhbər idim. O da yataqxanada qalırdı. Yolu keçərkən ayağımın arasında qurd qalıb, qışqırmışam. O da soruşdu ki, qorxdun? Beləcə tanış olduq.

Sonradan gəlib işlədiyim yerin qarşısında dayanırdı. 4-5 il sevdi məni. Hiss edirdim ki, ata-anası almaq istəmir. Mənə də çox elçi gəlirdi, amma ürəyim onda idi.

Bilmirəm ki, onunla övladım olsa, sona qədər davam edərdim, ya yox. O, ayrılmaq istəmirdi, hər şeyi mən dağıdıb viran etdim.

Anam onunla ailə qurmağıma razı deyildi. Atam görürdü ki, könlüm var. Əslində sevib ailə qurmuşdum, amma peşman olmuşdum. 7 il yaşadıq, övladımız olmadı.

Yaxşı insan deyildi, sevgiyə qiymət vermirdi. Nə vaxt istəsə gedib gəlirdi. Yenidən “Hacı Qara” çəkilsə, o, mənim yoldaşım olardı. Pulu yastığın altına qoyub yatırdı. Mən ondan çox qazanırdım. Amma utanıb demirdim ki, bu pulu mən qazanıram, mənimdi. Deyirdim, xətrinə dəyər ki, pul qazandığı üçün başıma vurur.

Heç kimin olmayanda Sumqayıtda 3 mağazam vardı. İndi yoxdur. Mağazaları atam tikmişdi. Mən də deyirdim yoldaşımdır, qoy hamısı onun adına olsun. Ağlım kəsmirdi. Ayrılanda məhkəmə dedi ki, hər şey onun adınadır.

Ayrılıq qərarını özüm verdim. Bir müddət görüşmədik. Pis olurdum. Bilirdim ki, övladım olmur. Görürdüm anası ona deyir ki, övladı yoxdur boşan. Amma o istəmirdi.

O vaxt şokoladlar var idi. Evdə birini yeyəndə danışırdı ki, burda nə qədər şokolad var idi, niyə birini yemisən.

Sonra anam dedi ki, ziyanın yarısından qayıtmaqda fayda var. Mən də o, evdə olmayanda yığışdım gəldim. Maraqlısı o idi ki, yanında olanda yola getmirdi, atam evində olanda ağlayırdı ki, sənsiz olmur. Axırda dedim, nə qədər küsüb barışmaq olar. Bitsin bu iş.

Bir dəfə mənə zəng etdi. Səsindən tanıdım ki, odur. Dedi səninlə söhbətim var. Görüşəndə nifrətlə baxırdım. Dedi peşmanam, bəlkə yenidən başlayaq. Mən razı olmadım".


Müəllif: Aygül Qarayeva

Oxşar xəbərlər