19 Noyabr 2018 11:36
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Azəri Günel Zeynalova "ATV maqazin onlarla" verilişinin "Onlarla 3 dəqiqə" rubrikasının qonağı olub.

Teleqraf.com-un məlumatına görə, veriliş zamanı aparıcı ifaçıya küsülü olduğu həmkarı Rəhim Rəhimli barədə sual verib.

Günel aparıcının “seçim qarşısında qalsaydınız, Rəhim Rəhimli, yoxsa Üzeyir Mehdizadəni seçərdiz?" sualına"Üzeyir Mehdizadəni. Rəhimlə ulduzlarımız barışmır" sözlərini deyib.

Qeyd edək ki, Rəhim Günel haqda belə demişdi: "Yaradıcılığı ilə çox maraqlanmıram. Rza Zərrabın mahnısını oxumuşdu, bircə onu xatırlayıram. Bu qıza əsəb oluram. Seçimi hər zaman yanlışdır. Ya mahnısı yanlış olur, ya da klipləri o səviyyədə olmur. "Azar” mahnısı Günel üçün deyildi. Çıxdığı proqramlar da yanlış seçilir. Seda Sayanın verilişinə getmişdi və qalmaqal yaşanmışdı. Başqa bir proqramda da xoşagəlməz hal yaşanmışdı”.


Müəllif: Aygül Qarayeva