“Özümü tərifləmiyəcəm, amma ürəyim o qədər gözəldir ki... Ona görə də, günü-gündən cavanlaşıb gözəlləşirəm”.
Teleqraf.com-un məlumatına görə, bu sözləri rəqqasə Fatimə Fətəliyeva ARB TV-nin “Show news” verilişində deyib.
O bildirib ki, 3-cü dəfə plastik əməliyyat etdirib: "Bədənimdə bir az şiş var. Yenidən əməliyyata üz tutdum. Kompleksim olduğuna görə ilyarım bundan qabaq özümü korreksiya etdirmişdim. Boyum balacadır, Allah mənə boy verməyib. Ona görə də efirdə arıq görünmək üçün getdim bədənimi korreksiya etdirdim.
Amma sap qaldı, getmədi. Ona görə əməliyyata ikinci dəfə getdim. Gedəndə dedim ki, daha gedib narkoza girirəmsə, özümü bir az da korreksiya etdirim. Amma hələ ki şişəm. O da getsə, olacam arıq qız.
Əməliyyat 3 saat çəkdi. Mən daha heç vaxt əməliyyat etdirməyəcəm. Bu dəfə çox əziyyət çəkdim. Çox zəifəm. Özümə gələ bilmirəm”.