13 Dekabr 2018 12:16
1 581
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xərçəng xəstəliyinə qalib gələn aparıcı Zülfiyyə Bayramova “ATV maqazin onlarla” verilişinə açıqlama verib.

Teleqraf.com-un məlumatına görə, aparıcı bildirib ki, xəstəliyə qarşı intiqam hissi var idi:

"Xəstəliyimin 9-cu ayında idim. Oğlum gəldi oturdu yanımda, mədəmi sığalladı. Dedi ki, mən burada cəmi 9 ay qalımışam. Sən 9 aydan çox qalsan, səni öldürəcəm.

İçimdə onlara qisas hissi var idi. O xəstəlik anamı və bacımı apardı. Bacımı çox cavan itirdim. O həmin xəstəliklə mübarizə apara bilmədi. Ölümün gözünə dik baxdı. Bəlkə də o qisas var idi içimdə. Eşidən kimi dedim ki, mən ondan qisas alacam. Əsas odur ki, bitdi, hər şey geridə qaldı. Hər gün yüzlərlə, minlərlə dua gəldi.

Bədxassəli şişə "yox" dedik. O müharibədə mənim orqanlarım iştirak etdi. Hamısı yaralanıb. Bütün orqanlarımda kimyaterapiyanın zədələri var".


Müəllif: Teleqraf.com