Müğənni Manaf Ağayev küsülü olduğu həmkarı Mətanət Əsədova ilə barışıb.
Teleqraf.com-un məlumatına görə, Manaf “Ən yaxşısı” verilişində Mətanətlə küsülülüyə son qoyduğunu deyib: “Mən heç kimin çörəyinə bais olmağı sevmirəm. Bir toy var idi, həmin məclisə küsülü olduğum Mətanət Əsədovanı istədilər, mən də dedim ki, lap əla. Yaxşı oxuyan müğənnidir.
Kişi yalan danışmaz. Mən nə deyirəmsə, düz deyirəm. Mətanət telefonda mənimlə qısqıra-qışqıra danışdı. Mən də ona dedim ki, az, sən mənimlə belə danışırsan? Əsəbi idi, sonra dedi ki, bağışla. Mən də dedim ki, artıq bitdi. Amma mənimlə bu tonda danışmaq olmaz.
Onu toya istədilər, dedilər ki, Mətanət xanımı yığın. Dedim ki, mən yox, siz yığın. Çünki aramızda inciklik var. Toy yiyələri yığıb, qiymət soruşub. Mətanət də deyib ki, Manaf ordadırsa, bir saat artıq da oxuyaram”.