Əməkdar artist Çingiz Əhmədov “Pəncərə” verilişinin qonağı olub.
Teleqraf.com-un məlumatına görə, aktyor verilişdə erkən nikahlardan danışıb: "Mən 5-ci sinifdə oxuyanda müəllimimə vurulmuşdum. Evinə qədər çantasını aparırdım. Bu, uşaqlıq sevgisi idi. O zamanlar hind filmləri dəbdə idi. Sevgi ordan gəlmişdi.
Azyaşlıların evlənməsinə Bakı kəndlərində, rayonlarda tez-tez rast gəlinir. 10-cu sinfi bitirməmiş qızı ərə verirlər. Uşaq olduqdan sonra qayğılarını valideynlər çəkirlər. Onda anlayırlar ki, hansı addımı atıblar".