Müğənni Nadir Qafarzadə sosial şəbəkədə onu təhqir edənlərə sərt cavab verib.
Teleqraf.com-un məlumatına görə, ifaçı bu barədə "Səhər-səhər" verilişində danışıb:
"Sosial şəbəkədə Tarkanı parodiya edib, video paylaşdım. Mən oldum nə... Söyüşün biri bir qəpik. Mən oldum düşük, nələr. Yazdılar Tarkanın kəsilən dırnağı olmaz. Birinə cavab yazdım. Götürdü özəldə yazdı mənə. Dedim gəl görüşək, görüm dərdin nədir? Dedi gəlirəm, gözlədim, gəlmədi. Siz busunuz da, niyə söyürsünüz".