İbrahim Tatlısəsin keçmiş həyat yoldaşı Ayşəgül Yıldız sosial media fırıldaqçılarının qurbanı olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, xərçəng müalicəsi alan bir uşaq üçün sosial mediada aparılan yardım kampaniyasına dəstək verən Ayşegül Yıldız aldadıldılmasını anlayanda qəzəblənib. Polisə müraciət edən Yıldız insanların bu cür aldadılmasına etiraz edib.
Bundan sonra doğrudan ehtiyacı olanlara da inana bilməyəcəyini dilə gətirib.
Fidan Səfərli