28 Fevral 2019 14:05
1 384
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Arxamda dağ kimi atam var”.

Teleqraf.com xəbər verir ki, bu barədə müğənni Aysun İsmayılova ARB TV-nin “Show news” proqramında bildirib.

“Ən çətin səhnəmiz duşda olan idi. Duşu açıblar, yadımdan çıxıb ki, gözümdə linza var. Su vurur, gözüm də yanır. Axırda duşu elə tutdular ki, gözümə düşməsin. 2 saatdan çox o səhnə çəkilib”, - deyə müğənni bildirib.

Gənc müğənni ata və anasının daim ona dəstək olduqlarını deyib:

“Ata, ana olanda insan hiss edir ki, arxasında güc var. Atam anamdan çox diqqət edir mənə. Heç kim mənim haqqımda nəsə danışa bilməz. Alınım açıqdır. Səhv addım atsam da bilirəm ki, heç kim heç nə edə bilməyəcəklər. Çünki arxamda dağ kimi atam var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər