11 Mart 2019 12:57
1 221
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rüfət Axundov dayısı, mərhum xalq artisti, aktyor Yaşar Nurinin ona verdiyi məsləhətlərdən danışıb.

Teleqraf.com xəbər verir ki, o, ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı olarkən dayısından söz açarkən belə deyib:

"Çox əziyyətlər çəkmişəm. Dayıma bəlkə də demişəm ki, kömək elə, etməyib. Özü bir dəfə mənə dedi ki, hara kimi kömək etməliyəm ki, sən nəsə olasan. Sabah mən olmasam necə olacaq? Dedi ki, istedadın yoxdursa bir yerdə dayanacaq. Sonra oxumağı çox sevdim. Test imtahanında bir qız mənə kömək etdi. Elə oldu ki, balım çox oldu. O qızı tapa bilmədim. Allah onu xoşbəxt etsin. Dayım özü məsləhət gördü ki, dram rejissorluğunu seç. Oranı bitirmişəm”.


Müəllif: Teleqraf.com