Müğənni Səidə Sultan "5/5" verilişində qonaq olarkən şəxsi həyatından danışıb. O, hazırda sevgilisi olduğunu bildirib.
Teleqraf.com-un məlumatına görə, Səidə aparıcı Zaur Kamalın "Xoşuna gələn oğlan yoxdur" sualına "Ayıb olar, var. Hər şey yaxşıdır" cavabını verib.
"Niyə almır səni? Deyir evə bağlaya bilməyəcəm" sözlərinə isə S.Sultan əsəbiləşib. O, "Oğluma müğənni qız almaram, deyən sənətçiləri tənqid edib:
"Almaq lazım deyil. Elə deyil. Qınamıram onu. Bizim öz müğənnilərimiz də ağzına gələni danışır: müğənni qız almaram, uşağımı müğənniyə vermərəm. Lazım deyil belə danışmaq, özümüzə hörmət edək. Onlara bir sualım var: Bəs sizi niyə alıblar, sizə niyə gəliblər? Yerin də qulağı var, kor-kor, gör-gör.
Bu millətin övladıyam, hər evin dəcəl uşağı olur. Valideyn istəyirsə, bağışlayır. İndi mən də oxuya bilirəm, millət də məni sevir. Müğənnilik edib, başqa yolla pul qazanmamışam. Məni səhv salmasınlar. Evyıxan deyiləm, ayıb olar, özümə yaraşdırmaram. Kasıbçılıq da görmüşəm, amma özüm qazanmışam.
Məni sevən oğlan da bilir necəyəm. Eləsin tanıyıram ki, əri, 3-4 uşağı var, amma başqa şeylər edir. Ərini pis yerə qoyur.
Səidə kimi bilirəm ki, elə-belə oğlanın qızı olmayacam. Məni sevən belə sevirsə, sənətim də, oxumağım da qalacaq. Sonradan oxumuram ki, gözümü açandan oxumuşam. O da mənə deyir ki, sənin oxumağından xoşum gəlir".