"Yaprak Dökümü" serialının məşhur aktyoru Tolqa Karelin namaz qılarkən çəkdirdiyi foto sosial şəbəkədə geniş müzakirələrə səbəb olub.
Teleqraf.com xəbər verir ki, iki il öncə Amerikaya köçən və burada TIR sürücüsü işləyən Tolqa Karel Arizonada namaz qılıb.
"Çox istədim ki, Arizonada namaz qılım. Burada məscid yoxdur, amma önəmli deyil. İnanan könüllər üçün hər yer Allahın evidir. Sənə malımı, dinimi və nəfsimi əmanət edirəm. Allahım, qədərimdə olanları mənə mübarək et. Nəfsimi üsyandan məhrum et, Amin", deyə aktyor paylaşdığı fotonun altından yazıb.
Qeyd edək ki, T.Karel azərbaycanlı model Günay Musayeva ilə evli olub və onların Cahangir adlı oğlu var.
Günay Musayeva keçmiş əri haqqında "Tolqa TIR sürücüsü ola bilər, amma ata ola bilməz", ifadəsini işlədib.