2009-cu il Avroviziya ərəfəsində hər kəsin qəlbində xoşbəxtlik vardı, onun da səbəbkarı Aysel idi. Aysel Azərbaycan səhnəsinin bu günə kimi olan ən parlaq ulduzlarındandır.
Teleqraf.com xəbər verir ki, bu sözləri müğənni Aynişan Quliyeva özünün İnstaqram hesabında Avroviziyadakı təmsilçimiz olan Aysel Adıgözəlzadə barədə yazıb.
O, Aysel Adıgözəlzadəni günəşə bənzətdiyini qeyd edib: “Bir insan hərtərəfli necə belə mükəmməl ola bilər?! Gözəl ana, həyat yoldaşı, dost və parlaq ulduz! Sənin işığın daim parlayacaq! Sən bunu istəsən də, istəməsən də... Səni həmişə xalq sevəcək”.