Futbolçu Caner Erkindən boşanan Asena Atalay özünü ev dustağı edib.
Teleqraf.com xəbər verir ki, istənməyən gəlin elan edilən Asena xeyli müddətdir iş təklifi almır. Artıq əvvəlki məşhurluğunun qalmadığını düşünən Atalay depressiyaya düşüb və özünü ev dustağı edib.
Qeyd edək ki, Caner Erkin ilə Asena Atalay 2010-cu ildə evlənib. Bir oğlu olan cütlük 2017-ci ildə boşanıb.