3 İyul 2019 15:00
1 362
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan əsilli türkiyəli müğənni Tuğba Əkiçinin TV8-in rəhbəri Acun Ilıcalı barədə paylaşımı maraqla qarşılanıb.

Teleqraf.com xəbər verir ki, Quido Senianın Acun Ilıcadan təzə boşanan sevgilisi Şeyma Subaşı ilə İnstaqramda yayımladığı fotodan sonra Tuğba Əkinçinin paylaşımı diqqət çəkib.

“Halal olsun Acun bəyə, həmişə keçmiş həyat yoldaşının arxasında durub. Etməyən etməzdi, namus ayaq arasında deyil, beyində olmalıdır. Kişidə də, qadında da. Halal olsun Acun Ilıcalı, insan olmaq ayrı şeydir, çox özəl insansan”, - deyə Azərbaycan əsilli ifaçı qeyd edib.

Xatırladaq ki, Quido Senia Şeyma Subaşının doğum günündə birgə fotolarını “Yaxşı ki, doğulmusan, əzizim” qeydi ilə yayımlamışdı.


Müəllif: Leyla

Oxşar xəbərlər