İngiltərəli müğənni Danni Tetley sosial şəbəkələrin birində azyaşlı qızdan çılpaq fotolarını istəyib.
Teleqraf com xəbər verir ki, “X Factor” yarışmasıyla məşhur olan 37 yaşlı ifaçının sosial şəbəkələrin birində azyaşlı qızdan çılpaq fotolarını istəməsi iddiası araşdırılmağa başlayıb.
Polisin Danni Tetleyin anasının evində axtarış aparmasından sonra müğənni təslim olub. O, ittihamları rədd edib.
Ətrafındakı insanların onun səmimiyyətindən istifadə edib tələ qurduğunu deyən Danni Tetley bir daha belə səhvə yol verməyəcəyini bildirib.