İtaliyaya tətilə yollanan aktrisa Pərvin Abıyevanın bu dəfəki duracaq yeri İspaniyanın İbiza adası olub.
Teleqraf.com xəbər verir ki, istirahətini İbizada davam etdirən aktrisa İnstaqram hesabında yeni fotolarını paylaşıb.
On minlərlə sosial şəbəkə izləyicisinin bəyəndiyi fotolarda Pərvinin açıq-saçıqlığı diqqətdən yayınmayıb.
Pərəstişkarları Pərvinin fotolarına “Sənin üçün ölürəm”, “İbiza adasında geyinmirlər, hara getmək lazım olduğunu bilir”, “Səni alan olsaydı, qulağımız dincələrdi”, “Özünü nə günə qoymusan” kimi rəylər yazıblar.
Fotoları təqdim edirik: