Müğənni Ebru Gündeş iyulda verdiyi beş konsertdən 2,5 milyon lirə (təxminən 1,1 milyon manat) qazanıb.
Teleqraf.com xəbər verir ki, tamaşaçıların istəyi ilə sənətçi sentyabrın 11 və 15-də də səhnəyə çıxacaq. Gündeş bu gecədən isə 1 milyon lirə alacaq.
Sənətçinin yay qazancı 3,5 milyon lirə (təxminən 1,6 milyon manat) olacaq.
Müğənninin konsertinə biletlər 60 lirədən 416 lirəyə qədərdir. VİP biletlər isə 1000-5000 lirə arası satışa çıxarılıb.