Müğənni Xatun Əliyeva “ATV maqazin onlarla” proqramının “33 sual Ruslanla” rubrikasının qonağı olub.
Teleqraf.com xəbər verir ki, rubrika Xatunun yeni evində gerçəkləşdirilib. Çəkiliş zamanı Xatun düşmən olduğu Rəqsanəyə söz atıb:
“Mənim evimə xoş gəlmisiniz. Beyonsun dizaynıdır. Bizim Beyonsla münasibətimiz gözəldir. Ona zəng etdim. Çox paxıl insan deyil, ürəyiaçıqdır”.
Qeyd edək ki, ötən günlərdə müğənni Rəqsanə İsmayılova həyat yoldaşının ona Cennifer Lopezin evindən tikdirdiyini açıqlamışdı.