13 Dekabr 2019 11:32
755

Müğənni Şəbnəm Tovuzlu sosial şəbəkədə paylaşım edib.

Teleqraf.com xəbər verir ki, imicini dəyişən Şəbnəm Tovuzlu İnstaqramda foto paylaşaraq “Səni sevmək də gözəl, darıxmaq da” şərhini yazmaqla həyat yoldaşına ismarış göndərib.

Sosial şəbəkə istifadəçiləri ifaçının yeni imicini bəyənməyiblər.

Qeyd edək ki, Şəbnəm Tovuzlu “Həci” ləqəbli şəxslə evlidir. O, həyat yoldaşını mətbuatdan uzaq tutur. Cütlüyün bir oğlu var.


Müəllif: Rəqsanə Həsənova